Sudanda nümayişlərdə daha 5 nəfər öldü

7 Aprel 2019 16:56

Sudanın paytaxtı Xartumda 4 aydır davam edən nümayişlərin ən güclüsü dünən baş tutub.

Milli.Az bildirir ki, "Qafqazinfo" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, etirazçılar orduya çağırış edərək Ömər əl-Bəşir rejimini devirməyi və ölkədəki böhrana müdaxilə etməyi istəyiblər.

Polis aksiya iştirakçılarına sərt müdaxilə edib. Çaxnaşma zamanı 5 nəfər ölüb.

Hökumət rəsmiləri hadisəni təsdiq və ya təkzib etməyib.

Qeyd edək ki, 19 dekabrdan etibarən başlayan nümayişlərdə Sudan hökumətinin rəqəmlərinə görə 32 nəfər, Beynəxalq Əfv Təşkilatının rəqəmlərinə görə isə 51 nəfər ölüb.

Milli.Az