Biri qəhvə içərkən, biri kreslodan yıxılaraq, biri də… - Yazıçıların qeyri-adi ölümü

6 Aprel 2019 15:04

Məşhur ədəbiyyat adamların ölümü olduqca qeyri-adidir. Birini köpəklər parçalayıb öldürüb. Biri atla gəzərkən, biri qəhvə içəndə boğularaq həyatını itirib. Nə qədər qəribə olsa da, aralarında balaca bir kreslodan yıxılaraq ölən də var.

Milli.Az Teleqraf.com-a istinadən məşhur yazıçıların ölümləri haqda məlumatları oxucularla bölüşür.

Eripides

Yunan dramaturq Eripidesi köpəklər parçalayaraq öldürüb.

Fransis Villon

Fransız şair Fransis Villon bir keşişi qətlə yetirib. Cəzasını çəkib həbsxanadan çıxdıqdan sonra kütlə tərəfindən öldürülüb.

Corc Qordon Bayron

İngilis şair Corc Qordon Bayron xəstələnir. Qızdırmasını salmağa çalışan həkimlər onu səhvən öldürürlər. Şairin son sözü "Artıq yatmalıyam" olur.

Onore de Balzak

Balzak qəhvə aludəçisi idi. Bir gün qəhvənin ölümünə səbəb olacağını bilmirdi. Yazıçı qəhvə içərkən boğularaq ölüb.

Lionel Conson

İngilis şair Lionel Conson kreslodan yıxılaraq həyatını itirib.

Uliyam Folkner

Amerikalı yazıçı Uilyam Folkner ata minməyi sevirdi. Bir gün atla gəzən yazıçı yıxılır və ürək infarktından ölür.

Aleksandr Puşkin

Rus şair Aleksand Puşkin isə sevdiyi qadına görə dueldə qətlə yetirilib.

Set Morqan

Amerikalı yazıçı Set Morqan motosikletlə körfəzə batır və bir daha çıxmır.

Tennessee Uilyams

Amerikalı dramaturq Tennessee Uilyams dərman qəbul edərkən səhvən şüşənin qapağını udaraq həyatını itirib.

Maksvel Bodenhaym

Amerikalı yazıçı Maksvel Bodenheym yemək yediyi restoranda qabyuyan tərəfindən qətlə yetirilib.

Milli.Az