"Azərişıq" cənub bölgəsində yenidənqurma işlərini davam etdirir - FOTO

4 Aprel 2019 08:58

"Azərişıq" ASC ölkənin bütün regionlarında apardığı tikinti-bərpa işlərini Cənub regionunda da davam etdirir.

ASC-dən Milli.Az-a verilən məlumata görə, Cənub Regional Enerji Təchizatı və Satış İdarəsinin (RETSİ) xidməti ərazisindəki istismar müddətini başa vurmuş yarımstansiyalardan tutmuş elektrik hava xətlərinə qədər bütün istiqamətlərdə şəbəkələr hissə-hissə yenidən qurulur.

İstehlakçıların keyfiyyətli və fasiləsiz elektrik enerjisi ilə təmin edilməsi, texniki itkilərin səviyyəsinin minimuma endirilməsi üçün 2019-cu ilin birinci rübündə genişmiqyaslı işlər görülüb və hazırda görülməkdədir.

Belə ki, 2019-cu ilin birinci rübündə Masallı rayonunun ərazisində 35/10 kV-luq "Alvadı" yarımstansiyası tam yenidən qurularaq istismara verilib. Eyni zamanda Alvadlı kəndində 35 kv-luq yüksək gərginlikli, 10 kV-luq orta gərginlikli hava xətləri yenidən qurulub.

Təzə Alvadı, Ləngan, Təklə, Xoşçobanlı, Mollahəsənli, Sığıncaq kəndlərinin 0.4 kV hava xətləri özünüdaşıyan izolyasiyalı naqillərlə (ÖİN) əvəzlənib, ərazilərə yeni komplekt transformator məntəqələri (KTM) qurlaşdırılıb. 35/10 kV-luq "Qarğalıq" yarımstansiyasından qidalanan 10 kV-luq Həsənli və Xırmandalı kənd hava xətləri yenidən qurulub,

Boradigah qəsəbəsində 0,4 kV-luq hava xətti ÖİN kabellərlə əvəzlənib.

Lənkəran Elektrik Şəbəkəsində yeni inşa olunmuş 35 kV-luq "Səpnəkəran" yarımstansiyadan çıxan və Yuxarı Nüvədi, Mis kəndləri istiqamətində gedən 4 ədəd 10 kV-luq hava xətləri tam yenilənib, rayonun Yuxarı Nüvədi, Səpnəkəran, Şürük, Tütəbeştə, Moğonojba, Türkəkəran, Şıxəkəran, Xolmili, Seydəkəran, Kənarmeşə, Viyən, Aşağı Nüvədi kənd və qəsəbələrin 0.4 kV-luq hava xətləri ÖİN kabellərlə əvəzlənib, kəndlərdə yeni KTM-lər qurlaşdırılıb.

Astara rayonunun Şahağacı kəndində elektrik xətlərinin böyük hissəsi tam yenidən qurulub, yeni sayğacların quraşdırılması və əvəzlənməsi işləri aparılıb.

Lerik rayonunun Andurma və Şingədulan kəndlərinin də 0.4 kV-luq hava xətləri ÖİN kabellərlə çəkilərək yenidən qurulub və hazırda bu istiqamətdə işlər rayonun Orand kəndində aparılır.

Cəlilabad rayonunun Köçəkli və digər kəndlərində 0,4 kV-luq şəbəkə ÖİN kabellərlə əvəzlənır.

Yardımlı rayonunun mərkəzində də hazırda yeni KTM-lər qurlaşdırılır, 0,4 kV-luq şəbəkə ÖİN kabellərlə əvəz edilir.

Biləsuvar rayonunun elektrik təchizatının yaxşılaşdırılması, elektrik enerjisinə artan tələbatın ödənilməsi üçün 110/35/10-6 kV-luq 2x25+10 MVA gücündə "Səmədabad" yarımstansiyası tam yenidən qurulmuşdur. Biləsuvar şəhərinin və rayonun Köhnə Əmənkənd, Əliabad, Xırmandalı kəndlərində 0,4 kV-luq şəbəkələrinin yenidən qurulması üçün dayaqlar quraşdırılır.

Milli.Az