Ramil Şeydayev Rusiya Premyer Liqasının TOP-5-liyində

3 Aprel 2019 14:43

Rusiya Premyer Liqasında mart ayının ən yaxşı oyunçusu müəyyənləşib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, Premyer  Liqanın "Vkontakte" sosial şəbəkədəki rəsmi səhifəsində aparılan sorğunun nəticəsinə əsasən, "Zenit"in iranlı hücumçusu Sərdar Azmun 49.46 faizlə (20.834 səs) ən yaxşı oyunçu seçilib. Səsvermədə 5 futbolçunun adı yer alıb ki, onların sırasınsa milli komandamızın "Krılya Sovetov"da oynayan hücumçusu Ramil Şeydayev də daxil edilib. Ötən ay "Lokomotiv", "Yenisey" və "Anji" ilə matçlarda ümumən 3 qol vuran Şeydayev martın TOP-5-liyində sonuncu yeri tutub - 2.37 faiz (999 səs).

Ümumilikdə sorğunun yekun nəticəsi aşağıdakı kimi olub:

1. Sərdar Azmun ("Zenit") - 49.46 faiz

2. Fyodor Çalov (SSKA) -  35.12 faiz

3. Anton Mirançuk ("Lokomotiv") - 6.53 faiz

4. Mario Fernandes (SSKA) - 6.52 faiz

5. Ramil Şeydayev ("Krılya Sovetov") - 2.37 faiz

Milli.Az