"Google" xidmətlərinin işində problemlər yaranıb.
Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə populyar internet resurslarda problemləri izləyən "Downdetector" portalı xəbər verir.
Portalın məlumatına əsasən, texniki qüsurlar əsasən ABŞ-da müşahidə edilir. Bundan əlavə texniki qüsurlar Latın Amerikası, Avropa və Asiya ölkələrində də müşahidə edilib.
Bildirilir ki, qüsurlar "Gmail", Google Drive" və "Google Hangouts" xidmətlərində qeydə alınıb.
Milli.Az