Azərbaycanlı futbolçu Çexiyada 3 qol vurdu, 2 asist etdi - Bombardir oldu

1 Aprel 2019 18:44

Çexiya Gənclər Liqasında pley-off mərhələsinə start verilib. 

Milli.Az fanat.az-a istinadən xəbər verir ki, 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin üzvü Fərid Nəbiyevin çıxış etdiyi "Slaviya" səfərdə "Teplitse" ilə qarşılaşıb. Oyun qonaq kmandanın 7:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Fərid Nəbiyev start heyətində yer alıb və 90 dəqiqə meydanda olub. Millimizin üzvü 49, 78 və 82-ci dəqiqələrdə rəqi qapısına yol tapıb, həmçinin iki qolun ötürməsini verib.

Bununla da cari mövsümdə vurduğu qolların sayını 15-ə çatdıran Fərid Nəbiyev çempionatın bombardiri olub.

Milli.Az