Seul Kim Çen Inı АSEАN sammitinə dəvət edə bilər

1 Aprel 2019 22:16

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Seul KXDR lideri Kim Çen Inın Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyasına (АSEАN) üzv ölkələrin və Cənubi Koreyanın sammitinə mümkün dəvəti məsələsini müzakirə edəcək.

"Ölkəmiz АSEАN ölkələri ilə məsləhətləşmələrə başlayıb. Müzakirələrdən asılı olaraq sammitə KXDR lideri Kim Çen In da dəvət edilə bilər", - deyə Cənubi Koreya hakimiyyətinin nümayəndəsi bildirib.

Agentliyin məlumatına əsasən, Cənubi Koreya prezidenti Mun Ce-in noyabrın 25-26-da Pusan şəhərində təşkilata üzv 10 ölkə lideri ilə görüş keçirməyi planlaşdırır.

Milli.Az