Mütəxəssislərin dediklərinə görə, digər toyuqlarla müqayisədə tüksüz toyuqlar daha sürətlə böyüyür.
Milli.Az xəbər portalı "Haaretz"ə istinadən bildirir ki, yeni cins genetik modifikasiyaya uğramış toyuqlar deyil.
Qüdsdəki Yəhudi Universitetində həyata keçirilmiş layihənin rəhbəri, professor Aviqdor Kahanerin dediyinə görə, bu toyuqlar kəsiləndən sonra tük və lələklərinin təmizlənməsinə ehtiyac duyulmadığından broyler istehsalında xeyli vəsaitə qənaət ediləcək.
"Təbii, belə toyuqları soyuq iqlimli ölkələrdə bəsləmək asan olmayacaq. Lakin isti havalı ölkələrdə onları bəsləmək heç bir problem yaratmayacaq", - Kahaner deyib.
Lakin başqa alimlər bildirirlər ki, tük və lələklər quşların parazitlərdən qorunmasında mühüm rol oynayır. Eyni zamanda, tük örtüyü toyuqları Günəşin zərərli şüalarından da qoruyur.
Milli.Az
Böyütmək üçün şəkillərə klikləyin.