Üz dərisini gözəlləşdirən SADƏ VƏ EFFEKTLİ UN MASKALARI

31 Mart 2019 23:05

Un maskaları dəriyə çox yaxşı cavanlaşdırıcı təsir edir.

Daim istifadə olunduqda bu maskalar dərini daha dartışmış edir, tonuslaşdırır, kişik qırışları açır, dərinin rəngini yaxşılaşdırır.  

Milli.Az evdarliq.az-a istinadən bildirir ki, yağlı problemli dəri üçün də un maskaları çox xeyirlidir - artıq parıltını götürür, yağlılığı və iltihabı azaldır.

Yağlı dəri üçün maska resepti: adi buğda unu ilıq qaynanmış su ilə qarışdırılır (xama kimi alınmalıdır), 1 çay qaşığı limon şirəsi əlavə olunur, qarışdırılır və təmiz üz dərisinə çəkilir. Maskanı 15 dəqiqə saxlayın və sonra ilıq su ilə yuyun. Bu maska həmçinin ağardıcı təsir edir.

Cavanlaşdırıcı maskalar:

1. Unu su ilə qarışdırın (xama qatılığında olmalıdır), 1 çaq qaşığı zeytun yağı, 1 çalınmış yumurta sarısını əlavə edin, yaxşı qarışdırın, təmiz üz dərisinə çəkib 15 dəqiqə saxlayın, sonra ilıq su ilə yuyub, qidalandırıcı krem çəkin.

2. 2 xörək qaşığı un 3 xörək qaşığı yağlı xama ilə qarışdırın, üz dərisinə çəkin, 20 dəqiqədən sonra ilıq su ilə yuyun və qidalandırıcı krem çəkin.

Evdarliq.Az

Milli.Az