Pompeo: "Kim Çen In KXDR-nın denuklearizasiyasını təmin etməyə hazır olduğunu hələ ki nümayiş etdirməyib"

29 Mart 2019 08:59

Koreya Xalq Demokratik Respublikasının (KXDR) lideri Kim Çen In Koreya yarımadasının denuklearizasiyasını təmin etmək üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyə hazır olduğunu hələ ki nümayiş etdirməyib.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bunu ABŞ dövlət katibi Maykl Pompeo Vaşinqtonda konfrans zamanı deyib.

M.Pompeo bildirib: "[KXDR Dövlət Şurasının] Sədri Kim [Çen In] hələ ki üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyə hazır olduğunu nümayiş etdirməyib. Lakin mən hələ də gərgin iş və diplomatik səylər bizi oraya gətirib çıxara biləcəyini hesab edirəm".

Milli.Az