Ledi Qaqa fanatlarının üzlərini geyindi - VİDEO - FOTO

14 Oktyabr 2011 15:27

O, pərəstişkarlarından əsla ayrı düşməmək və fanatlarının sevgisini daim duymağın yolunu tapıb.

Milli.Az xəbər portalı "Entertaiment"ə istinadən bildirir ki, Ledi Qaqa "MAG Viva Glam"ın yeni reklam kampaniyasında fanatlarının simalarının əks olunduğu paltarda çəkilib.

Kampaniya QİÇS-lə mübarizənin aktivləşdirilməsinə həsr olunub.

"Deyim ki, "Viva Glam"ın aksiyalarını və reklam kampaniyalarını həmişə sevmişəm. Bu aksiyalar moda ilə həyat stilini birləşdirir, insanları məlumatlı və səmimi olmağa çağırır. Düşünürəm ki, yeni kampaniya QİÇS-in nə dərəcədə təhlükəli olduğunu insanların nəzərinə çatdırmaq üçün effekiv yollardan biridir", - amerikalı müğənni deyib.

2009-cu ildə "Viva Glam"ın aksiyasına qatılmış Ledi Qaqa "MAC AIDS" fondu üçün 55 milyon dollar toplamışdı.

Bu dəfə isə müğənni 550 milyon dollarlıq ianə yığacağını düşünür.

Ledi Qaqa aksiya başlayandan artıq 22 milyon dollar toplayıb.

Aksiyaya fevral ayında Niki Minaj və Riki Martinin də qatılacaqları gözlənilir.

Milli.Az