Tramp OPEC-i neft hasilatını artırmağa çağırdı

28 Mart 2019 19:07

ABŞ Prezidenti Donald Tramp OPEC-i neft hasilatını artırmağa çağırıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə D.Tramp "Twitter" səhifəsində yazıb.

O, neft qiymətlərinin daha da artmasının qarşısını almaq üçün bu çağırışı edib:

"OPEC-in neft axınını artırması vacibdir. Dünya bazarları həssasdır, neft qiymətləri həddən artıq bahalaşır".

Qeyd edək ki, bu ilin əvvəlindən "Brent" markalı neftin qiyməti dünya bazarlarında 25 faiz artıb.

Milli.Az