Həzrət Mühəmməd Peyğəmbərin (s) zamanında baş vermiş hərbi yürüş və müharibələri iki hissəyə bölürlər. Peyğəmbərin (ş) şəxsən qatıldığı döyüşlərə qəzvə (ğəzvə), hər hansı səhabənin rəhbərliyi altında həyata keçirilmiş yürüşlərə isə səriyyə deyirlər. Qəzvələrin hamısının tarixi hicrətdən sonraya, yəni müsəlmanlara cihad əmri verildiyi dövrə təsadüf edir.
Milli.Az islam.az-a istinadən bildirir ki, onların əksəriyyəti yürüş xarakterli olub, Mədinənin hüdudlarından kənarda baş vermişdir, Xəndək savaşı isə Mədinədə olmuşdur. Qəzvələrin sayı barədə tədqiqatçılar fərqli fikirlər irəli sürmüşlər. 26, 27 və ya 29 qəzvə haqqında alimlər məlumat vermişlər. Bunların 16-sı silahlı toqquşmasız başa çatmışdır. 9 qəzvədə Peyğəmbər (s) şəxsən döyüş meydanına çıxmış və döyüşmüşdür. Həmin qəzvələr bunlardlr: Bədr, Ühüd, Bəni-Müstəliq, Xəndək, Bəni-Qüreyzə, Xeybər, Məkkənin fəthi, Hüneyn və Taif.
Milli.Az