Məşhur qadın reper "sir"ləri açıldı: narkotiklər, oğurluq - FOTO

20 Aprel 2019 23:01

Amerikalı reper Kardi Binin keçmişi ilə bağlı yeni faktlar aşkarlanıb.

Milli.Az Daily Mail-ə istinadən bildirir ki, həmin faktlara 26 yaşlı reperin İnstagram profilindəki etirafları da əlavə olunub.

Əvvəllər striptizçi olmuş Kardi Binin müştərilərini aldadaraq qarət etdiyi, habelə narkotik satdığı və qəbul etdiyi bəlli olub. O, fahişəliklə də məşğul olurmuş.

Kardi Bi striptiz göstərdiyi klubda "şikar" qismində seçdiyi müştəri ilə otelə yollanıb, orada cinsi əlaqədən sonra kişiyə yuxu dərmanı verib yatırdıb, sonra isə qurbanını qarət edərək aradan çıxıb.

O, narkotik satışı ilə məşğul olub.

Kardi Bi iddialara İnstagram profilində cavab verib: "Bəli, bəzi nöqsanlarım olub. Striptizçi olduğum klubla müştərilərin pullarını da mənimsəmişəm. İndi sosial şəbəkələrdə 3 il əvvəlki işlər barədə yazılır. İdeal olduğumu heç zaman deməmişəm. İdeal keçmişim də olmayıb. Öz zibillərimi bilirəm. Nə etmişəmsə, pul qazanmaq, acından ölməmək üçün etməmişəm".

Milli.Az