Qarabağda erməni əsgər öldü

27 Mart 2019 11:09

Azərbaycanın işğal olunmuş ərazilərində daha bir erməni əsgər həlak olub.

Trend-in Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, martın 26-da Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsindəki hərbi hissələrdən birində 1998-ci il təvəllüdlü hərbi qulluqçu Ara Arakelyan ölüb.

Onun hansı şəraitdə öldüyü hələ müəyyən edilməyib. Araşdırma aparılır.

Milli.Az