Polşada ABŞ ordusunun yük maşınları toqquşdu: yaralılar var

26 Mart 2019 17:33

Polşanın cənubunda ABŞ ordusuna məxsus 3 yük maşını toqquşub.

Milli.Az Trend-ə istinadən bildirir ki, qəzadan sonra iki hərbçi yüngül xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

Hadisə yerinə polis cəlb edilib. Qəzanın səbəbləri hələlik məlum deyil. Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, Polşada ABŞ-ın 3,5 min nəfərlik tank briqadası yerləşib.

Milli.Az