Gəncədə 19 yaşlı qız bıçaqlandı

26 Mart 2019 13:45

Gəncədə bıçaqlanma hadisəsi baş verib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, şəhər sakini, 2000-ci il təvəllüdlü N. Əliyeva sağ bud nahiyəsinin kəsilmiş deşilmiş yarası xəsarəti ilə xəstəxanaya yerləşdirilib. 

Onun hansı şəraitdə və kim tərəfindən bıçaqlandığı, hələ ki, məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az