Terrorçular Hələb şəhərini atəşə tutdular

26 Mart 2019 10:44

Terrorçular Suriyanın Hələb şəhərinin ətraf ərazilərini atəşə tutublar.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Suriyanın dövlət televiziyası xəbər verir.

Telekanalın məlumatına əsasən, terrorçular odlu silah və minaatanlardan Hələb Əl-Cadid (Yeni Hələb) ərazisini atəşə tutublar.

Hadisə nəticəsində ölən və yaralananlar barədə hələki məlumat yoxdur.

Qeyd edək ki, ötən həftə silahlıların Hələb şəhərinin Əz-Zəhra qəsəbəsində məktəb avtobusunu atəşə tutmaları nəticəsində iki uşaq həlak olub.

Milli.Az