“Fənərbağça” ilk transferi ilə bağlı razılığa gəlib

9 Aprel 2010 10:14
Milli.Az xəbər portalı "Habertürk"-ə istinadən xəbər verir ki, "Qalatasaray"la oyun üçün İstanbulda olan "Diyarbəkirspor" klubunun prezidenti Çətin Sümər "Fənərbağça"lı həmkarı Əziz Yıldırımla görüşüb və danışıqlar davam edir.

"Diyarbəkirspor"dakı yeganə diyarbəkisporlu oyunçu Barış Ataşın özü isə "Fənərbağça"nın transfer siyahısında olduğunu təsdiqləyib. Onun sözlərinə görə, bundan qürur duyur: ""Fənərbağça"nın məni istədiyini eşidəndə təəccübləndim və həyəcanlandım. Bu komandanın transfer siyahısında olmağın özü Anadolu komandalarında oynayan futbolçuları həyəcanlandırır. Hər futbolçu kimi mənim də xəyalım Türkiyənin dörd böyük klubundan birində oynamaqdır. Prezidentimiz Çətin Sümər və Əziz Yıldırım mənimlə bağlı görüşüblər və danışıqlar davam edir. Təfərrüatlarla bağlı məlumatsız olsam da, prinsipcə razılaşdıqlarını eşitmişəm. Əgər razılığa gəlsələr, çox sevinərəm".

Qeyd edək ki, "Diyarbəkirspor"un Türkiyə Superliqasını tərk etmək təhlükəsi var. Dövrələrarası transfer prosesində Barış Ataşı "Trabzonspor" da istəmişdi. Tərəflər razılığa gəlsələr də, sonradan futbolçunun keçidi baş tutmamışdı.

Milli.Az