Mozambikdə qasırğada ölənlərin sayı 446 nəfərə çatdı

24 Mart 2019 17:13

Mozambikdə "İdai" tropik qasırğası nəticəsində ölənlərin sayı 446 nəfərə çatıb. Daha öncə 293 nəfərin həyatını itirməsi barədə məlumat vermişdik. 

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, Mozambik ətraf mühit naziri Selzo Korreyya deyib ki, təbii fəlakət 531 min insana ziyan vurub, 110 min nəfər müvəqqəti sığınacaqlarda yerləşdirilib.

Ölkənin baş naziri Karluş Aqostinyo du Rosariu ölənlərin sayının min nəfərdən çox ola biləcəyini qeyd edib.

Mozambikdə təbii fəlakət nəticəsində 531 min insana ziyan dəyib.

Milli.Az