Ən çox gördüyünüz 7 yuxunun yozması...

24 Mart 2019 14:55

Təkcə insanlar yox, heyvanlar da yuxu görürmüş. Amma onlardan fərqli olaraq, biz düşünürük ki, yuxularımız hansısa mesaj verir. Bəs yuxuların mənası nədir?

Milli.Az bizimyol.info-ya istinadən sizə ən "məşhur" 7 yuxunun psixoloji anlamını və tövsiyəsini çatdırır:

Yüksək hündürlükdən yıxılmaq

Bu o deməkdir ki, siz bir situasiyada çox ilişib qalırsınız. Özünüzə və başqalarına daha çox inanmalısınız. Situasiyaya fikir verməyin, həyat hər şeyi qaydasına salacaq.

Yuxuda uçmaq

Sizi sıxan şəraitdən azad ola bilmirsiniz. Üzərinizə məsuliyyət götürün, vacib qərarlar qəbul edin.

Yuxuda izlənilmək

Həyatınızdakı bir probemdən yaxa qurtarmaq istəyirsiniz. Çox adam belə yuxudan qorxur. Halbuki bu yuxu diqqəti reallaşdırılmayan istedada yönəldir. Siz növbəti addımınız haqqında düşünməlisiniz.

İmtahandan kəsilmək

Bu, onu göstərir ki, siz həyatdakı uğurlarınıza tənqidi yanaşırsınız. Özünüzlə fəxt etməyi öyrənin. Özünüzü başqaları ilə müqayisə etməyə və başqalarını özünüzdən irəlidə görməyə son qoyun.

İctimai yerdə paltarsız qalmaq

Paltar bizə müəyyən obraz yaratmağa kömək edir. Yuxuda özümüzü paltarsız görürüksə, deməli, narahatlıq üçün müəyyən səbəbimiz var. Utanmaq lazım deyil. Yaxın adamlara ürəyinizi açın, gizlətdiyiniz sirri etibar etdiyiniz birisi ilə paylaşın.

Ayaqyolunu tapa bilməmək

Yəqin həmişə güzəştə gedirsiniz, başqalarının xeyrinə qərar qəbul edirsiniz. Əvvəlcə öz tələbatınız haqda düşünün. Fədakarlığın da bir həddi olmalıdır.

Dişini itirmək

Dişlər sizin cəsarətinizin və daxili gücünüzün rəmzidir. Yuxuda dişinizi itirirsinizsə, deməli, özünüzə inam böyük deyil. Hər şey haqda ətraflı, sakit düşünün.

Milli.Az