Anri Premyer Liqanın ən yaxşısı seçildi

24 Mart 2019 14:16

"Arsenal"ın və Fransa millisinin sabiq üzvü Tyeri Anri İngiltərə Premyer Liqa tarixinin ən yaxşı legioner futbolçusu seçilib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, veteran hücumçu azarkeşlər arasında keçirilən sorğuda 45 faiz səslə birinci olub.

"Mançester Yunayted"in sabiq üzvü, hazırda "Yuventus"da çıxış edən Kriştianu Ronaldu (14 faiz) 2-ci, "Mançester Yunayted"in digər sabiq futbolçusu Erik Kantona (12 faiz) isə 3-cü olub.

Qeyd edək ki, Anri 1999-2007-ci illərdə London klubunda çıxış edib. 258 oyuna 175 qol vuran keçmiş hücumçu 2 dəfə İngiltərə çempionu olub.

Milli.Az