Messi millidən kənarlaşdırıldı

24 Mart 2019 14:11

DÇ-2018-dən sonra Argentina millisinun heyətində Venesuela ilə matçda ilk dəfə meydana çıxan Lionel Messi zədələnib. 

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, zədə səbəbindən 31 yaşlı futbolçu "tanqoçular"ın heyətindən çıxarılıb. Messi millinin martın 26-da Mərakeşlə yoxlama görüşünü buraxmalı olacaq. 

Qeyd edək ki, Venesuela yoxlama görüşündə Argentinanı 3:1 hesabı ilə məğlub edib.

Milli.Az