"Disneyland"də həyəcan: insanlar təlaş içində qaçmağa başlayıblar - VİDEO - FOTO

24 Mart 2019 13:05

Paris "Disneylend"ində nasaz eskalator əyləncə parkının ziyarətçiləri arasında təlaşa səbəb olub.

Milli.Az Trend-ə istinadən bildirir ki, insidentin video görüntüləri sosial şəbəkə istifadəçiləri tərəfindən yayılıb və ilkin olaraq terror aktı kimi qiymətləndirilib.

Eskalator atəşə bənzər səslər çıxarmağa başlayıb və insanlar təlaş içində qaçmağa başlayıb, polis çağırıb.

Hadisə yerinə gələn hüquq-mühafizə orqanları bildiriblər ki, heç bir təhlükə yoxdur, bütün eskalatorlar yoxlanmaları üçün söndürülüb.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Паника в парижском Disney Land