ATV-nin aparıcısının evinə oğru girdi - 37 minlik ziyan

24 Mart 2019 12:37

ATV-nin aparıcısı Vüsal Qurbanovun evinə oğru girib. 

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə "ATV Xəbər"də məlumat verilib. 

Hadisə martın 22-də Abşeron rayonunun Mehdiabad qəsəbəsində qeydə alınıb. Oğrular mənzildən 30 min manatlıq qızıl və 7 min manat dəyərində pul götürüb. 

Abşeron RPİ-nin Mehdiabad polis bölməsindən verilən məlumata görə, hadisə ilə bağlı araşdırma aparılır. Bildirilib ki, artıq hadisə yerindən əl izləri götürülüb. 

Milli.Az