Hərbçilərimiz Pakistanda “Yaşasın Azərbaycan” şüarı ilə qarşılandılar - VİDEO

24 Mart 2019 11:41

Xəbər verdiyimiz kimi, ötən gün Azərbaycan Müdafiə Nazirliyinin nümayəndə heyəti Pakistanın "Milli Günü"nə həsr olunmuş hərbi parada qatılıb. Tədbirdə ölkəmizi Azərbaycan Ordusunun parad heyəti təmsil edib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, paradı canlı yayımlayan GNN kanalının şərhçiləri hərbiçilərimizin keçidi zamanı maraqlı addım atıblar. Onlar əsgərləri Azərbaycan dilində salamlayıblar. 

Şərhçilər "Pakistana xoş gəlmisiz. "Yaşasın Azərbaycan, Pakistan! Yaşasın Azərbaycan - Pakistan qardaşlığı" deyə bildiriblər.  

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Hərbçilərimiz Pakistanda "Yaşasın Azərbaycan" şüarı ilə qarşılandılar