ABŞ-da atışma: 1 ölü, 3 yaralı

24 Mart 2019 11:08

ABŞ-ın San-Fransisko şəhərində (Kaliforniya ştatı) atışma baş verib.

Milli.Az Trend-ə istinadən bildirir ki, hadisə yerli vaxtla 22:40-da baş verib. Polisin verdiyi məlumata əsasən, atışma nəticəsində bir nəfər ölüb, üç nəfər isə yaralanıb.

Yaralılar xəstəxanaya çatdırılıb, onlardan birinin vəziyyəti ağırdır.

Milli.Az