Norveçdə helikopter qəzaya uğrayıb

24 Mart 2019 10:35

Norveçin Telemark quberniyasında helikopter qəzaya uğrayıb.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bu barədə yerli polis idarəsini "Twitter" səhifəsində bildirilir.

Məlumatda deyilir: "Qəza Lannöy adasında baş verib. Qəza nəticəsində 2 nəfər xəsarət alıb, onlardan biri ağır xəsarətlər alıb. Təcili yardım helikopteri və polislər hadisə yerindədir".

Qeyd edilir ki, xəsarət alanları Oslo şəhərindəki Ullevol hospitalına yerləşdirəcəklər. Qəzanın səbəbi hələlik məlum deyil.

Milli.Az