Dünya çempionatında ilk finalçı müəyyənləşdi
13 Oktyabr 2011 14:46
Qadın voleybolçular arasında Qətərin paytaxtı Dohada keçirilən klublararası dünya çempionatında ilk finalçının adına aydınlıq gəlib. Apasport.az saytının məlumatına görə, bu Çempionlar Liqasının son qalibi "Vakıfbank Günəş TTelekom" (Türkiyə) komandasıdır.
Komanda yarımfinal matçında "Sollis Nestle"ni (Braziliya) 3:0 (25:19, 25:21, 25:19) hesabı ilə məğlub edib.
Qeyd edək ki, digər yarımfinal cütündə finala yüksəlmək uğrunda "Rabitə" (Azərbaycan) "Mirador"la (Dominikan Respublikası) mübarizə aparacaq. Bakı klubu qələbə qazanacağı halda, Çempionlar Liqasının həlledici görüşündəki məğlubiyyətin qisasını almaq üçün əla şans qazanacaq.
Milli.Az