Aydın Xırdalanlının ölüm səbəbi bilindi

23 Mart 2019 22:06

Xəbər verdiyimiz kimi söz xiridarı, məşhur meyxanaçı Aydın Xırdalanlı vəfat edib.

Milli.Az oxu.az-a istinadən bildirir ki, sənətçinin həmkarı, meyxanaçı Mehman Əhmədli Aydının ölüm səbəbi barədə açıqlama verib.

"2 gün idi ki, Aydın özünü çox pis hiss edirdi. Səhhətində olan problemlər çoxalmışdı. Vəziyyəti daha da pisləşmişdi. Aydın uzun müddət idi, qara ciyər serrozundan əziyyət çəkirdi".

Mərhumun qardaşı Aydının ağ ciyərlərinin soyuqladığını söyləyib.

Onun ailəsi media nümayəndələrini yas mərasimində görmək istəmədiklərini bildirib.

Milli.Az