Yerevanda Qarabağ müzakirəsi açılıb

23 Mart 2019 21:41

Ermənistanın müdafiə naziri David Tonoyan Yerevanda ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspişiklə görüşüb.

Milli.Az Sputnik Azərbaycan-a istinadən bildirir ki, görüş zamanı tərəflər Ermənistan-Azərbaycan sərhədi, o cümlədən Dağlıq Qarabağdakı vəziyyəti müzakirə ediblər.

Nazir şəxsi köməkçini operativ vəziyyət və hadisələrin mümkün inkişafı barədə məlumatlandırıb. Kaspişik isə öz növbəsində nazirə danışıqlar prosesinin gündəliyində olanlar barədə məlumat verib.

Milli.Az