Hirosimaya nüvə bombası atmış təyyarəçi öldü
9 Aprel 2010 10:07
"Associated Press" agentliyinin məlumatına görə, o, 87 yaşında vəfat edib. "Morris həmişə danışırdı ki, o, Hirosimada sadəcə tapşırığı yerinə yetirib. Onlar hamısı tapşırıq yerinə yetirirdilər", - deyə mərhum pilotun xanımı Molli Ceppson bildirib.
Mərhum özü isə 2003-cü ildə verdiyi açıqlamada demişdi: "Bu, öyünüləcək hal deyil. Bu, dəhşətdir. Amma yəqin ki, həmin hadisə yüz minlərlə amerikalı və daha çox yaponiyalının həyatını xilas edib".
Milli.Az