U-21 millimizdən heç-heçə

23 Mart 2019 19:31

Bakıda təlim-məşq toplanışında olan 21 yaşadək futbolçulardan ibarət yığmamız bu gün yoxlama oyunu keçirib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, Milan Obradoviçin başçılıq etdiyi kollektiv "Səbail"lə qarşılaşıb. Bakı Olimpiya Stadionunun ehtiyat meydançasında oynanılan matçda heç-heçə qeydə alınıb - 1:1. Görüşdə hesabı 8-ci dəqiqədə Ruslan Qurbanovun qolu ilə Premyer Liqa təmsilçisi açıb. Yığmamızın bərabərlik qolunu isə 20-ci dəqiqədə Fərid Nəbiyev vurub.

Qeyd edək ki, millimiz növbəti yoxlama oyununu martın 26-da birinci divizionun lideri MOİK-ə qarşı keçirəcək.

Milli.Az