Əliyar Ağayev AVRO-2020-in seçmə oyununa təyinat alıb

23 Mart 2019 13:19

FİFA referisi Əliyar Ağayev Avro-2020-in seçmə mərhələsinin oyununa təyinat alıb.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, o, martın 24-də Varşava şəhərindəki "Narodovy" stadionunda keçiriləcək Polşa - Latviya qarşılaşmasını idarə edəcək.

Ona Rza Məmmədov və Namiq Hüseynov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Rəhim Həsənov yerinə yetirəcək.

Milli.Az