Avropa Liqası ¼ final: cavab qarşılaşmaları
9 Aprel 2010 09:40
Milli.Az sports.ru saytına istinadən xəbər verir ki, "Liverpul" ölkə çempionatındakı zəif çıxışının əvəzini Avropada "Benfika"nı darmadağın etməklə çıxıb. İki ispan klubu - "Atletiko" ilə "Valensiya"nın qarşılaşmasında isə qapılara qol vurulmayıb.
Yarımfinal uğrunda qarşılaşmaların nərticələri:
"Standard" (Belçika) - "Hamburq" (Almaniya) - 1:3 (ilk qarşılaşma 1:2)
"Atletiko" (İspaniya) - "Valensiya" (İspaniya) - 0:0 (2:2)
"Liverpul" (İngiltərə) - "Benfika" (Portuqaliya) - 4:1 (1:2)
"Volfsburq" (Almaniya) - "Fulhem" (İngiltərə) - 0:1 (1:2)
Yarımfinal qarşılaşmalarında "Hamburq" "Fulhem"lə, "Liverpul" isə "Atletiko" ilə üz-üzə gələcək.
Milli.Az