DİQQƏT! Bu gün üç qəsəbəyə elektrik verilişində fasilələr olacaq

22 Mart 2019 12:14

"Bu gün saat 10:30-dan 14:30-a qədər Xəzər rayonunun Buzovna, Nardaran və Bilgəh qəsəbələrinin bir hissəsinə elektrik enerjisinin verilişində qısamüddətli fasilələr yaranacaq".

Milli.Az xəbər verir ki, bu barədə Milli.Az-a "Azərişıq" ASC-nin mətbuat xidmətindən məlumat verilib.

O qeyd edib ki, fasilə Xəzər rayonu ərazisindəki elektrik veriliş xəttlərində aparılan təmir-bərpa və yenidənqurma işləri ilə əlaqədardır.

Yaranacaq narahatlığa görə "Azərişıq" abunəçilərdən üzr istəyib.

Milli.Az