BMW şirkəti çərşənbə günü vergidən öncəki mənfəət miqdarının 2019-cu ildə 10 faizdən çox azalacağını gözlədiyini bildirib və yüksək texnologiya sərmayeləri və valyuta xərclərini kompensasiya etmək üçün 12 milyon avroluq qənaət və səmərəlilik planını açıqlayıb.
Təmiz, çuxursuz yol. Hazırda bəlkə də, BMW önündəki yolun da bu reklamdakı kimi olmasını istəyərdi.
Milli.Az "Amerikanın səsi"nə istinadən bildirir ki, lakin bir çox alman rəqibləri kimi, bu maşın istehsalçısı da təzyiqlərlə üzləşir.
"Qrupun vergidən öncəki gəlirlərinin ötən illə müqayisədə xeyli az olacağı gözlənilir" - deyə, BMW-nin baş maliyyə direktoru Nikolas Piter söyləyib.
Şirkət çərşənbə günü xəbərdarlıq edib ki, vergidən öncəki mənfəəti 2019-cu ildə azı 10 faiz azalacaq.
BMW avtomobil sənayesinin üzləşdiyi çətinliklər fonunda daha çox pula qənaət etməyə çalışır.
"Yüksək tariflərin, çətin qiymətləndirmə vəziyyətinin, ələlxüsus Avropadakı WLTP keçidinin, habelə qarantiya və xeyirxahlıq kampaniyaların da mənfi təsiri olub", Nikolas Piter deyib.
WLTP- Ümumdünya Uyğunlaşmış Yüngül Maşın Testi Prosedurudur, yəni bu sektorda tətbiq olunan yeni və çətin yanacaq istehlakı və emissiya prosedurlarıdır.
Bu, elektrik maşınlara sürətli keçidə həvəsləndirən əsas faktorlardan biridir.
Lakin BMW bildirir ki, özü idarə olan maşınlarla birlikdə elektrik maşınlar da gəlirlərə "yük" olacaq.
Şirkət həmçinin xərcləri xeyli azaltmağı düşünür, amma hələ ki, iş yerlərinin azaldılması planlaşdırılmır.
BMW yüksək texnologiya xərcləri və valyutanın təsirlərini kompensiyasiya etmək üçün 12 milyard avro dəyərində qənaət və səmərəlilik planını açıqlayıb.
Milli.Az