Osmanlı qadınlarının cinsi həyatı ilə bağlı ŞOK FAKTLAR - FOTO

21 Mart 2019 16:24

İşləmədiyi üçün hərəm qadını olmaq, varlı insanlarla evləndirilmək kimi həyat şərtləri olan və bununla gələcəklərini təmin edən Osmanlı qadınlarının əslində çətin və qəribə yaşam tərzləri olub.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, Osmanlı dövründə qadınlara tanınan hüquqların bir hissəsini nəzərinizə çatdırır:

1. Osmanlı qadınları hərəmağaları ilə yaşadıqları cinsi münasibətlərdən vaz keçə bilməyiblər. Onlar oral cinsi əlaqə mövzusunda təcrübəli və hətta usta olublar. Bir hərəmağası ilə münasibət qurduqdan sonra başqa biri ilə evlənən qadınlar eyni həzzi həyat yoldaşlarında da axtarıblar. Çox zaman bu axtarışlar boşanmaya belə səbəb olub.

Arxivlərdən əldə edilən məlumata görə, bir saray işçisi saray hərəminin ağasına yazdığı məktubda qadınlardan şikayət edib: "Hərəmağaları ilə yaxın münasibət quran qadınların doymaq bilməyən cinsi istəkləri olduğunu artıq bütün İstanbul bilir. İki qadın saraydan azad edilib və evləndirilib. Ancaq bir həftə sonra boşanıblar. Səbəb isə qadınların həyat yoldaşları ilə hərəmağaları qədər yaxşı cinsi münasibət qura bilməməsi olub".

Bəzi hərəmağaları isə qadınlardan daha çox kişilərlə əlaqə qurmağı üstün tutublar. Bugünkü təbirlə desək, homoseksual olublar.

2. Osmanlı dönəmində evlilik mövzularında qadınların söz haqqı olmayıb. Əgər ailələr razılaşıbsa, artıq burada qadınların seçim haqqı olmayıb. Kişilərdə isə bunun tam əksi olub. Evlənməkdən qaça bilən çox az qadın isə yaşının kifayət qədər kiçik olması bəhanəsiylə nikaha girməyib.

Müsəlman qadınların işi daha çətin olub. Belə ki, müsəlman bir kişi hər hansı bir dindən olan qadınla evlənə bilərmiş. Qadınlara isə bu, qəti qadağan edilib. Kişilər heç bir bəhanə gətirmədən boşana bilibsə, qadınların çox ciddi bir səbəb olmadan boşanması mümkünsüz olub.

Ayrıca, xalq arasında bir neçə nəfərlə evlənmək məsələsinə heç də yaxşı baxılmayıb. Bu adət, əksərən, saray kişilərinə məxsus olub.

3. Osmanlı dövründə qadınların bir-birləri ilə tanış olma üsulları da fərqli olub. Şəhər qadınları bir-birlərinin evinə uzun ziyarətlər təşkil edib. Ümumi hamamlarda bir araya gələn qadınlar saatlarla söhbət edib, hətta, yemək və əyləncə məclisləri də keçiriblər. Osmanlı dövründə yaşı kifayət qədər olan bir qadının hamilə qalması kübarlıq əlaməti sayılırmış.

4. Sözügedən dövrdə qadınların geyimləri də kəskin fərqlənib. Mentalitetdən əlavə, qadınların geyim tərzini həm də onların maddi imkanları təyin edib. Məsələn, imkanlı ailələrin qadınları pambıq və ipəkdən hazırlanmış incə köynək və şalvar tipli geyimlərə üstünlük verib. Kəmər isə varlı qadınların ən vacib aksessuarlarından sayılıb.

Maddi imkanı daha az olan qadınlar isə məxmər və ya ipəkdən hazırlanan geyimlər geyinib. Kasıb qadınlar ucuz parçalardan istifadə edib.

Osmanlı dövlətində müsəlman olmayan qadınlar geyim mövzusunda daha rahat olub. Onlar hətta başıaçıq şəkildə ictimai yerlərə çıxa biliblər.

Ancaq ictimai məkanlarda əl-ələ tutaraq gəzmək qadağan edilib və günah sayılıb. Cütlüklər, adətən, ya təsadüfən, ya da kiminsə vasitəsilə bir-birlərini tanımağa imkan tapıb. Onlar bir-birləri ilə yalnız məktub vasitəsilə əlaqə saxlaya bilib. Bir çox aşiq məhz bu yolla yazdığı şeirləri sevdikləri qadınlara göndərə bilib.

5. Az təsadüf edilsə də, Osmanlıda evinin həm qadını, həm də kişisi kimi baxılan xanımlar olub. Onlar əsasən, ya yetim, ya da dul qaldıqları üçün təkbaşına yaşamağa məcbur olub. O dövrdə bir qadının işləməsi xoş qarşılanmasa da, işləyən qadınlar əlbəttə, olub. Ərindən və ya ailəsindən qalan tarlaları işlədən və parça satan qadınlara daha çox rast gəlinib.

Osmanlıda adət halını alan bir digər hadisə isə yoxsul və ya dul qadınların öz qızlarını varlı ailələrə verməsidir.

6. Bildiyinizin əksinə olaraq, Osmanlı qadınları kişilərdən daha çox dini bilgiyə sahib olub. Onlara fiqh dərsləri vermək və mollalıq etmək qadağan edilsə də, qadınlar daha çox bilgi sahibi olub - özəlliklə, üst təbəqənin qadınları. Onlar çəkinmədən ərəb şeyxlərindən yardım ala bilib.

7. Osmanlı dövlətində qadınlar pullarını istədikləri kimi xərcləyib. Varlı qadınların bəziləri vəqflərə yardımlar edib, bəziləri isə özləri bu vəqfləri işlədiblər. Onlar bulaq, məscid inşa etmək kimi adətlər yerinə yetiriblər.

8. Osmanlıda 1831-ci ildə hərbi və vergi məsələlərinə görə əhali siyahıya alınıb. Heyvanların belə salındığı bu siyahıya qadınlar daxil edilməyib.

Qadınlar ancaq 1927-ci ildə siyahıya alınıb. Bu dövrdə kişi sayının azalması səbəbilə ticarətlə məşğul olan, tarla şumlayan, yaşam mübarizəsini davam etdirən qadınların sayı artıb. Buna görə də qadınlar siyahıya alınıb.

9. Topqapı sarayının hərəmi 400 otaqdan ibarət imiş. Bu otaqlar zaman-zaman tikildiyi üçün hərəm labirint şəklində olub. Hərəm kəlməsi ərəbcə "haram" sözündən götürülüb ki, bu söz "qadağa" anlamına gəlir. Hərəm xarici mühitlə tamamilə əlaqəsini kəsən bir yer olub. Hərəmin daxilində padşah həyat yoldaşlarını, hərəmağası olmuş kölələri və cariyələrini saxlayıb. Hərəmin girişində "Ey iman gətirənlər, sizə aid olmayan evlərə icazəsiz girməyin!" sözləri yazılıb. Hərəmə təcili olmadığı təqdirdə bir kişi həkim belə girə bilməyib.

Oraya girən nadir kişilərdən biri İngiltərə kraliçası Yerlizavetanın Sultan II Məhəmmədə hədiyyə göndərdiyi toxuma maşınını hərəmin bir köşəsinə quran usta Tomas Dallam olub. O, ancaq hərəmağalarının ciddi nəzarəti altında hərəmə girə bilib.

10. Hərəm qadınlarının çoxu oxuma-yazma mövzularında bacarıqlı olub. Bu günün şəraiti ilə nəzər yetirdikdə bu detal o qədər də önəmli görünməyə bilər. Ancaq 16-cı əsrdə bu bacarıq çox az insanda rast gəlinib. Hərəm qadınlarının hər birinin otağında kitab rəfi olub. Onlar musiqi alətində ifa etməyi, mahnı oxumağı, rəqs etməyi, toxumağı və dərziliyi yaxşı bacarıb. Hərəm bir növ peşə məktəbi rolunu da oynayıb.

Padşahların və sultanların hərəm qadınlarına duyğu və sevgi dolu məktublar yazdıqları sirr deyil. Hərəmdə "Eşq məktubları" adı ilə tanınan, yalnız cümhuriyyət qurulduqdan sonra ortaya çıxan gizli bir arxiv olub. Bunlardan ən məşhuru Hürrəm Sultanın Sultan Süleyman Qanuniyə yazdığı məktubdur.

Padşah cariyə qadınlarla evlənərkən onlarla nikaha girməyib. Sultan Süleyman Qanuninin Hürrəm, Sultan I. İbrahimin Ruhşahla, Gənc Osmanın Ukay xanımla, Sultan Əbdülməcidin Bezmiar xanımla kəsdirdiyi nikah bu qaydanın istisnaları olub.

11. Padşah hərəmdəki bütün qadınların və hərəmin sahibi olub. Ancaq hərəmdəki bütün qadınlarla birlikdə olması mümkünsüz olub. Çünki hərəmdə padşahın anası, qohumları, uşaqları və xidmətçiləri qalıb. Hərəm əslində köklü bir qadın nəsli yetişdirmək məkanı kimi formalaşıb. Çünki padşahın xidmətində olan bir çox qadın sonradan ali vəzifəli insanlarla evləndirilib.

12. Mənbələrdə yer alan məlumatlara görə, hərəmin baş xidmətçisi musiqi və rəqslə qadınları padşaha göstərirmiş. Padşah onların arasından birini seçirmiş, seçilən qadın xidmətçilər tərəfindən çimizdirilib bəzənirmiş. Gecəni həmin qadınla keçirən padşah onun xidmətindən məmnun qalarsa, qadına pul, cəvahirat və geyim kimi müxtəlif hədiyyələr verirmiş.

Milli.Az