"Play-off"a qalmadığımız üçün çox sevinirəm"
13 Oktyabr 2011 12:02
Fransa milli komandasının aparıcı futbolçusu Floran Maluda Bosnia - Hersoqovina ilə oyundan sonra AÇ-2012-nin final mərhələsinə vəsiqə qazandıqları üçün çox xoşbəxt olduğunu açıqlayıb.
Qol.Az-ın məlumatına görə, Samir Nəsrinin qolu ilə Avropa çempionatının final mərhələsinə birbaşa vəsiqə əldə edən Fransa millisinin oyunçusu bu haqda belə danışıb:
"Bosnia - Hersoqovina ilə oyundan sonra dərin bir nəfəs aldıq. Son dünya çempionatının "play-off" matçında qələbə qazansaq da, həmin oyun qalmaqallı alınmışdı. Lakin bu dəfə AÇ-2012-yə birbaşa vəsiqə qazandıq.
Əgər Bosnia - Hersoqovinaya məğlub olsaydıq, "play-off" oynamalı olacaqdıq. Lakin "play-off"a qalmadığımız üçün çox sevinirəm. Final mərhələsinə birbaşa qatılmaq gözəl hisslərdir. Son dünya çempionatında uğursuz çıxış etsək də yavaş-yavaş komanda özünə gəlir".
Milli.Az