Niderlandın keçmiş baş məşqçisi BƏƏ-ni çalışdıracaq

21 Mart 2019 09:15

Niderlandlı mütəxəssis Bert van Marveyk BƏƏ-nin futbol üzrə yığmasına başçılıq edəcək.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu vəzifədə Marveyk italya məşqçi Dzakkeronini əvəzləyəcək.

Marveykin əvvəlki iş yeri Avstraliya millisi olub.

2008-2012-ci illərdə Niderland yığmasını çalışdırıb və 2010-cu ildə komandası ilə Dünya Çempionatının finalına kimi irəliləyib. Lakin finalda Niderland minimal hesabla İspaniyaya uduzub.

Milli.Az