Azərbaycanda 7 yaşlı uşağı maşın vurub

20 Mart 2019 22:19

Göyçay rayonunda azyaşlını avtomobil vurub.

Milli.Az Trend-ə istinadən bildirir ki, hadisə şəhərin mərkəzi hissəsində baş verib.

Ucar rayon sakini, 2012-ci il təvəllüdlü Abdullayev Saqil Anar oğlu şəhər ərazisində naməlum avtomobillə vurulub.

Yaralı Göyçay rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az