Qar ən çox hara yağıb?

20 Mart 2019 22:39

Qusar rayonunun Ləzə kəndinə yağan qarın hündürlüyü 28 santimetrə çatıb.

Milli.Az xəbər verir ki, Qubada yerləşən Şimal-Şərq Regional Hidrometeorologiya Mərkəzindən AZƏRTAC-a bildiriblər ki, qar Qusarla yanaşı Quba və Xızı rayonlarının dağ kəndlərinə də yağıb.

Qarın hündürlüyü Qubanın Xaltan kəndində 4, Qırızda 8, Xınalıqda 7 , Xızının Altıağac kəndində isə 2 santimetr təşkil edir.

Qar yağması ilə əlaqədar temperatur mənfi 6 dərəcəyədək aşağı düşüb. Ən aşağı temperatur Ləzə kəndində qeydə alınıb.

Milli.Az