Bayrama gələnlər qəzaya düşdü - Azərbaycanda - FOTO

20 Mart 2019 16:21

Sumqayıtdan Qubaya bayrama gedənlər qəzaya uğrayıb. 

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, qardan sonra yolun sürüşkən olması səbəbindən Quba-Qonaqkənd yolunun 38-ci kilometrliyində "JEEP" markalı avtomobil yoldan çıxaraq dərəyə yuvarlanıb.

Nəticədə avtomobildə olan 5 nəfərdən ikisi - Sumqayıt şəhər sakinləri, 1971-ci il təvəllüdlü Məmmədova Məryəm Gülbala qızı və 1965-ci il təvəllüdlü Məmmədov Barat Abbas oğlu Quba Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. 

Onlara bədənin əziyi, körpücük sümüyünün sınığı diaqnozları qoyulub. 

Digər sərnişinlər isə yüngül xəsarətlər alıb. Faktla bağlı araşdırma aparılır.

Milli.Az