WhatsApp-da artıq brauzer var

21 Mart 2019 08:11

Tezliklə populyar "WhatsApp" messenceri linklərə baxış üçün daxili brauzerlə təchiz ediləcək.
 
Milli.Az ICTnews-a istinadən bildirir ki,  daxili brauzerin köməyi ilə veb səhifələri birbaşa "WhatsApp" messenceri daxilində açmaq mümkün olacaq. Beləliklə, göndərilmiş linklərə daxil olmaq üçün "WhatsApp"dan çıxmaq lazım olmayacaq. Bu, istifadəçinin vaxtına qənaət etməyə, həmçinin spam və saxta mesajlarla mübarizə aparmağa imkan verəcək.
 
Messencerə quraşdırılmış brauzer istifadəçiləri zərərverici veb səhifələrə yönəldən linklər haqqında xəbərdar edəcək.

Milli.Az