Yeni Chrome 73 çıxdı

21 Mart 2019 08:59

Google şirkəti Chrome üçün yenilənmə buraxdı.

Yeni Chrome 73-də nələr var?

Milli.Az technote.az-a istinadən bildirir ki, Android tətbiqdə səhifələrin optimizasiyası, sürətlənməsi və trafik xərcinin azadılması üçün Lite rejimi və endirmələr meneceri təqdim olundu.
Hesabın idarə olunması və sinxronizasiya üçün bütün tətbiqlər Sync and Google services adlı seksiyada toplanıldı.
"Şəkildə şəkil" tipli videoların baxılması təkmilləşdirilib. Artıq PWA-ları üzən pəncərə olaraq istifadə etmək olar. Həmçinin "Reklamı burax" düyməsi əlavə edilib.
Genişlənmələrin skriptlərində xarici resursların yüklənilməsi qadağan edilib. Genişləndirmə tərtibatçıları artıq fondaxili emal həlləri üzərində düşünməlidirlər.
Öncəki versiya yanvar ayında çıxmışdı.

Milli.Az