Mozambikdə 84 nəfər tsiklonun qurbanı olub

19 Mart 2019 08:03

Mozambikdə İdai siklonundan həlak olanların sayı 84-ə çatıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə ölkə Prezidenti Filipe Nyusi bildirib.

Xatırladaq ki, İdai siklonu Mozambikin mərkəzi hissəsində 15 martdan tüğyan etməyə başlayıb. Qızıl Xaç Beynəlxalq Federasiyasının verdiyi məlumata əsasən, siklon liman şəhəri Beyranın 90%-i dağıdıb.

Milli.Az