AFFA-da sponsorların gəlhagəlidir

8 Aprel 2010 21:23
AFFA yeni sponsor tapıb. Milli.Az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata əsasən, qurumun yeni sponsoru "Acces Bank" olub.

Xatırladaq ki, AFFA-nın baş sponsoru "SOCAR"-dır. Assosiasiyanın partnyoru isə "Azercell" şirkətidir.

Qeyd edək ki, AFFA ilə "Access Bank" arasında sponsorluq və əməkdaşlıq müqaviləsinin bu ay imzalanması nəzərdə tutulub.

Milli.Az