Çox və az yatmağın ziyanları

8 Aprel 2010 23:21
Yuxusuzluq təkcə gözlərin altında qara ləkələrə səbəb olmur. Yuxusuzluq həm də orqanların ətrafında piy toplanmasına gətirib çıxarır.

Tədqiqatların nəticələri göstərib ki, yuxusuzluq kökəlməyə meyilli gənc qadınlarda maddələr mübadiləsinin pozulmasına səbəb olur.

Yuxusuzluq sutkada 5 saatdan az yatan adamların daxili orqanlarının ətrafında piy yığılması ilə nəticələnir. Belə adamlar metabalik pozuntulara, məsələn, piylənməyə və diabetə məruz qala bilərlər. Lakin çox yatmaq da orqanizm üçün ziyanlıdır. Məlum olub ki, 8 və daha artıq saat yatan adamların da daxili orqanlarının ətrafında piylənmə prosesi gedir.

/AzərTAc/