Pakistanda qatar partladıldı: 4 ölü, 10 yaralı

17 Mart 2019 17:48

Pakistanın Bəlucistan bölgəsində sərnişin qatarına bombalı hücum olub.

Milli.Az Qaynarinfo-ya istinadən xəbər verir ki, partlayış nəticəsində 4 nəfər ölüb, 10 nəfər isə yaralanıb.

Bildirilir ki, neft və mədən sərvətlərinin bolluğu səbəbindən bölgədə arabir bu tip hadisələr törədilir. Hələlik hadisənin məsuliyyətini heç kim üzərinə götürməyib. 

Terroru bölgədəki anarxist qruplardan birinin törətdiyi ehtimal edilir.

Milli.Az