Günəş enerjisilə işləyən təyyarə ilk uçuşunu keçirdi – FOTOSESSİYA-VİDEO
9 Aprel 2010 10:32
Milli.Az compulenta.ru saytına istinadən xəbər verir ki, o,
yerdən təyyarə üçün kifayət qədər zəif olan sürətlə (saatda cəmi 45
kilometr) aralanıb. Təxminən 1,5 kilometr yüksəkliyə qalxa bilən
təyyarə 90 dəqiqə havada olub. "Asiman hələ bu cür böyük, yüngül və
enerji baxımdan effektli təyyarəyə şahidlik etməmişdi", - deyə
layihənin rəhbəri Bertran Pikar bildirib.
Çəkisi cəmi 1,6 ton olan uçan aparatın qanadlarının kənar nöqtələri
arasındakı məsafə 63,4 metrdir. Onun qanadlarında təxminən 12 min
fotoqalvanik element yerləşdirilib. Onlar 10 at gücündə dörd elektrik
mühərrikini günəş enerjisi ilə təchiz edir. Qeyd
edək ki, təyyarənin sınağına hələ dekabrda başlansa da, o, cəmi 1 metr hündürlüyə qalxmış və 300 metr məsafə qət etmişdi.
Təşkilatçılar iyulda təyyarəni gecə sınağından da keçirəcək. Bundan
sonra mühəndislər prototipin əsasında əsl təyyarənin inşasına
başlayacaq.